Avropa Statistika İdarəsi (Eurostat) mart ayı üçün Avrozona üzrə mövsümi düzəlişlər edilmiş sənaye istehsalı məlumatlarını açıqlayıb.
İndex.az xəbər verir ki, Avrozonada sənaye istehsalı əvvəlki ayla müqayisədə mart ayında 4,1% azalıb.
2022-ci ilin mart ayı ilə müqayisədə isə azalma 1,4% təşkil edib.
Bazar mart ayında avrozonada sənaye istehsalının 2,8% azalmasını gözləyirdi.
Mart ayında Aİ ölkələri arasında sənaye istehsalında ən yüksək aylıq azalma 26,3% ilə İrlandiyada, 3,9% ilə İsveçdə və 3,1% lə Almaniyada müşahidə olunub.
