Avropa Statistika İdarəsi (Eurostat) mart ayı üçün Avropa İttifaqı (Aİ) və Avrozonanın pərakəndə satış məlumatlarını açıqlayıb.
İndex.az xəbər verir ki, Avrozonada pərakəndə satışlar mart ayında fevral ayı ilə müqayisədə 1,2% azalıb.
2022-ci ilin mart ayına nəzərən isə azalma 3,8% təşkil edib.
Aİ-da pərakəndə satışlar mart ayında fevral ayına nəzərən 1,1%, 2022-ci ilin mart ayına nəzərən isə 4,1% azalıb.
