Avropa Statistika İdarəsi (Eurostat) Avropa İttifaqı (Aİ) və "Avrozona"da avqust ayı üzrə "İstehsalçı Qiymətləri İndeksi" (İQİ) məlumatlarını dərc edib.

İndex.az xəbər verir ki, "Avrozona"da İQİ avqust ayında aylıq bazda 0,6% artıb, illik bazda isə 11,5% azalıb.

Məlumatlara görə, Aİ-də İQİ avqust ayında əvvəlki ayla müqayisədə 0,5% artıb, 2022-ci ilin avqust ayına görə isə 10,5% azalıb.

Bazar gözləntiləri "Avrozona"da İQİ-nin aylıq 0,6% artacağı və illik 11,6% azalacağı idi.