Avropa Statistika İdarəsi (Eurostat) Avropa İttifaqı (Aİ) və Avrozonada iyul ayı işsizlik göstəricilərini dərc edib.

İndex.az xəbər verir ki, Avrozonada işsizlik səviyyəsi iyulda 6,4%-ə düşüb.

Qeyd edək ki, iyun ayında Avrozonada işsizlik nisbəti 6,5% olaraq ölçülüb.

Ötən ilin eyni dövründə işsizlik səviyyəsi Avrozonada 6,6%, Aİ-də isə 6% olaraq müəyyən edilib.