Avropa Statistika İdarəsi (Eurostat) Avropa İttifaqı (Aİ) və "Avrozona"da avqust ayı işsizlik göstəricilərini dərc edib.

İndex.az xəbər verir ki, "Avrozona"da işsizlik səviyyəsi avqustda 6,4%-ə düşüb.

Məlumatlara görə, Aİ-də iyulda 6% olan mövsümi təsirlərdən təmizlənmiş işsizlik nisbəti avqustda 5,9% olub.

Ötən ilin avqust ayında işsizlik səviyyəsi "Avrozona"da 6,7%, Aİ-də isə 6,1% olaraq müəyyən edilib.