"Avrozona"da investorların inamı 2022-ci ildən bəri ən yüksək səviyyəyə yüksəlib.
İndex.az xəbər verir ki, "Avrozona"da investorların güvən indeksi iyun ayında artaraq Rusiya-Ukrayna müharibəsinin başlanmasından bəri ən yüksək səviyyəyə çatıb.
Belə ki, may ayında -3,6 olan "Avrozona" üzrə "Ümumi İnvestor Güvən İndeksi" bu ay 3,9 artaraq 0,3 oldu.
Beləliklə, indeks artma tendensiyasını ardıcıl səkkizinci ayada da davam etdirdi.
