“Avrozona”da investorların güvən indeksi, peşəkar və özəl investorların iqtisadiyyatla bağlı orta müddətli narahatlıqlarının azalması nəticəsində noyabr ayında yüksələrək iyun ayından bəri ən yüksək səviyyəyə çatıb.
İndex.az xəbər verir ki, oktyabrda mənfi 21,9 bal olan “Avrozona” “Ümumi İnvestor Güvən İndeksi” bu ay 3,4 bənd artaraq mənfi 18,6 olub.
İyun ayından bu yana ən yüksək səviyyəyə yüksələn indeksin mənfi 22,2 bəndədək enəcəyi gözlənilirdi.
İnvestorların gələcək 6 ay üçün gözləntilərini ölçən Gözləntilər İndeksi də mənfi 16,8 bənddən mənfi 10 bəndə yüksələrək 2023-cü ilin fevral ayından bu yana ən yüksək səviyyəsinə çatıb.
