Analitiklərin proqnozlarının əksinə olaraq, Avrozonada investor inamı son 4 ayın ən aşağı səviyyəsinə düşüb.
İndex.az xəbər verir ki, "Sentix"in açıqladığı hesabata görə, əvvəlki ayda -8,7 bənd olan "İnvestor Güvən" indeksi may ayında -13,1 punkta geriləyib.
Analitiklər indeksin -8,0 bəndədək yüksələcəyini proqnozlaşdırmışdılar.
Beləliklə, indeks bu ilin yanvarında sonra ən aşağı səviyyəyə düşüb.
Cari indeks -4,3 bənddən -7,0 bəndədək azalaraq ardıcıl 6-cı ayda da yüksəlişini davam etdirib.
