Avropa Statistika İdarəsi (Eurostat) "Avrozona"da sentyabr ayı üzrə aparıcı inflyasiya məlumatlarını açıqlayıb.

İndex.az xəbər verir ki, "Avrozona"da "İstehlak Qiymətləri İndeksi" (İQİ) sentyabr ayında illik bazda 4,3% artıb.

Gözləntilər isə, illik məlumatların 4,5% olacağı idi.

Məlumatlara görə, "Avrozona"da avqust ayında 5,2% olan illik inflyasiya sentyabrda 4,3% olaraq müəyyən edilib.