Avrozonada "İstehlak Qiymətləri İndeksi" (CPI) iyul ayında illik bazda 2,6% artdı.
İndex.az xəbər verir ki, bazar gözləntiləri iyul ayında Avrozonada illik inflyasiyanın 2,6%, aylıq inflyasiyanın isə 0% olacağı idi.
Beləliklə, açıqlanan məlumatlar bazar gözləntiləri ilə eyni səviyyədə olub.
Avrozonada baza inflyasiyası iyulda illik 2,9%, aylıq isə -0,2% səviyyəsində ölçülüb.
