Avrozonada inflyasiya gözləniləndən çox azalıb.

İndex.az xəbər verir ki, Avrozonada baza inflyasiyası may ayında 5,3%-ə düşüb.

İqtisadçılar arasında keçirdiyi sorğuda gözlənti 5,5% olub.

Bu rəqəm siyasətçilər tərəfindən müsbət qarşılansa da, AMB-nin iyun iclasında faiz artımının qarşısını alması ehtimalının az olduğu düşünülür.

Bölgədəki illik inflyasiya isə böyük ölçüdə enerji xərclərinə görə 6,1%-ə düşüb.