Avropa Statistika İdarəsi (Eurostat) aprel ayı üçün Avropa İttifaqı (Aİ) və Avrozona üzrə yekun inflyasiya məlumatlarını açıqlayıb.

İndex.az xəbər verir ki, Avrozonada inflyasiya aprel ayında ötən illə müqayisədə 7%-ə yüksəlib.

Avrozonada aprel ayında inflyasiya mart ayı ilə müqayisədə 0,6% artıb.

Aİ-də mart ayında 8,3% olan illik inflyasiya aprel ayında 8,1% olaraq təyin olunub.

Avrozonada inflyasiyanın 2,75%-ini ərzaq, alkoqol və tütün məmulatları, 2,21%-ini xidmətlər, 1,62%-ini qeyri-enerji sənayesi məhsulları, 0,38%-ini isə enerji məhsulları təşkil edib.