Avropa Statistika İdarəsi (Eurostat) Avrozonanın sentyabr ayı üzrə yekun inflyasiya məlumatlarını dərc edib.

İndex.az xəbər verir ki, Avrozonada istehlak qiymətləri indeksi (CPI) sentyabr ayında illik bazda 1,7% artıb.

Ötən aya nəzərən isə inflyasiyada 0,1%-lik azalma olub.

Bazar gözləntiləri Avrozonada illik inflyasiyanın 1,8% artacağı, aylıq inflyasiyanın isə 0,1% azalacağı idi.