Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqard bildirib ki, "Avrozona" növbəti bir neçə rübdə tənəzzüllə üzləşəcək.

İndex.az xəbər verir ki, AMB-nin sədri Kristin Laqardın Avropa Komissiyası, Avropa Şurası və Avroqrup prezidentləri ilə telefon danışığı olub.

Telefon əlaqəsi zamanı Laqard "Avrozona" iqtisadiyyatının yaxın bir neçə rübdə tənəzzüllə üzləşəcəyini bildirib.

Laqard inflyasiya ilə mübarizənin yaxşı getdiyini, lakin fiskal qaydalar üzrə regional razılaşmanın olmamasının problemlər yaratdığını qeyd edib.