Avropa Statistika İdarəsi (Eurostat) Avropa İttifaqı (Aİ) və Avrozonada ikinci rüb üçün Ümumi Daxili Məhsul (ÜDM) və məşğulluq üzrə aparıcı məlumatları dərc edib.
İndex.az xəbər verir ki, məlumatlara görə, 20 üzvlü Avrozonada mövsümi təsirlərdən təmizlənmiş ÜDM 2024-cü ilin ikinci rübündə birinci rüblə müqayisədə 0,3%, ötən il ilə müqayisədə isə 0,6% artıb.
Bazar gözləntiləri Avrozonada ÜDM-in rüblük olaraq 0,3%, illik bazda isə 0,6% artacağı idi.
Aİ-də mövsümi təsirlərdən təmizlənmiş ÜDM ilin ikinci rübündə rüblük bazda 0,3%, illik bazda isə 0,8% artıb.
