"Avrozona"dan istehsal və xidmət sektorları üçün, bölgədə iqtisadi fəaliyyətin zəiflədiyi bildirilir.
İndex.az xəbər verir ki, "S&P Global" tərəfindən hazırlanan "Satınalma Menecerləri İndeksi" göstəricisi "Avrozona" üzrə sentyabr ayında 47,1 olduğundan, "Avrozona"da ardıcıl olaraq dördüncü ayda iqtisadi zəiflik davam edib.
Bu dəyər avqust ayı ilə müqayisədə cüzi yaxşılaşma göstərsə də, 50 səviyyəsindən aşağı qalıb ki, bu da zəifləmənin olduğunu göstərir.
İqtisadçılar indeksin 46,5-ə düşəcəyini proqnozlaşdırırdılar.
