Avropada təbii qazın qiyməti azalıb.

İndex.az xəbər verir, yeni həftədə Avropada təbii qaz qiymətləri 2,3% dəyər itirib.

Qeyd edək ki, ABŞ-da yaranmış tənəzzül qorxusu və Yaxın Şərqdəki siyasi gərginlik səbəbindən ötən həftə Avropada təbii qaz qiymətləri 13% artıb.

ABŞ iqtisadiyyatının sürətlə pisləşmə ərəfəsində olması qlobal səhmləri böyük ölçüdə ucuzlaşdırıb.

Bu da öz növbəsində neft müqavilələrini aşağı salıb.