Avropada təbii qazın birja qiymətləri 8%-dək düşüb və hazırda min kubmetr üçün qiymət 1 800 dollardan aşağı qalmaqdadır.
İndex.az xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın oktyabr fyuçerslərinin qiyməti günə 1 858 ABŞ dolları (- 4.3 %) ilə başlayıb. Daha sonra qiymət daha 7.8 % düşüb və 1 790 dollara təşkil edib. Müqayisə cümə günü qeydə alınmış qiymətə (min kubmetr üçün 1941.8 dollar) əsasən aparılır.
