Avropa Statistika İdarəsi (Eurostat) Avropa şirkətlərinin iflası barədə məlumat açıqlayıb.
İndex.az xəbər verir ki, cari ilin ikinci rübündə Avropa İttifaqı (Aİ) ölkələrində iflas olan şirkətlərin həcmi əvvəlki rüblə müqayisədə 3,1% artıb.
İkinci rübdə fəaliyyət sahələrinə görə iflaslarda ən çox artım 3,8% ilə tikinti sektorunda, 2,6% ilə maliyyə əməliyyatlarında, 2,4% ilə ticarətdə və 1,6% ilə sənayedə olub.
Sözügedən dövrdə yeni biznes qeydiyyatları da əvvəlki rüblə müqayisədə 2,1% azalıb.
