Avropada təbii qazın birja qiymətləri, təxminən, 3% düşərək 1000 kubmetr üçün, təqribən, 1900 ABŞ dollarə təşkil edib.

İndex.az xəbər verir ki, bu barədə Londonun “ICE Futures” birjasına istinadən xəbər verir.

Avropanın ən likvid habı olan TTF-də (Niderland) “mavi yanacağ”ın oktyabr fyuçerslərinin qiyməti ticarətə 1000 kubmetr üçün 1910,9 ABŞ dolları səviyyəsində başlasa da, daha sonra 2,6% düşərək 1869,7 dollar təşkil edib.