Avropa Mərkəzi Bankı (AMB) bank böhranının ortasında diqqətlə izlənilən faiz qərarını açıqlayıb.
İndex.az xəbər verir ki, AMB uçot dərəcələrini gözlənildiyi kimi 50 baza bəndi artırıb.
AMB əsas yenidən maliyyələşdirmə dərəcəsini 3,50%-ə marjinal maliyyələşdirmə imkanını 3,75%-ə, depozit dərəcəsini isə 3%-ə qədər artırılıb.
Qətnamənin mətnində inflyasiyanın uzun müddət çox yüksək səviyyədə qalacağı proqnozlaşdırılıb.
Mətndə AMB-nin qiymət sabitliyi və maliyyə sabitliyi üçün addımlar atmağa hazır olduğu bildirilib.
