Avropa Mərkəzi Bankı (AMB) uçot dərəcələrini gözləntilərə uyğun olaraq sabit saxlamağa qərar verib.
İndex.az xəbər verir ki, AMB-dən verilən açıqlamada bildirilib ki, bank yenidən maliyyələşdirmə dərəcəsini 4,50%, depozit dərəcəsini 4%, marjinal maliyyələşdirmə faizini isə 4,75% səviyyəsində saxlayaraq, 3 əsas siyasət dərəcəsini sabit saxlamağa qərar verib.
AMB faiz artımlarının inflyasiyanın azaldılmasında uğurlu olub-olmayacağını ölçmək üçün bir ildən artıq müddətdə ilk dəfə uçot dərəcələrini dəyişməz saxladı.
AMB öz qərar mətnində borclanma xərclərini kifayət qədər uzun müddət bu səviyyədə saxlamağın inflyasiyanın 2%-lik hədəfə qaytarılmasına əhəmiyyətli töhfə verəcəyini qeyd edib.
