Avropa Məhkəməsi Almaniya Rəqabət Qurumunun qərarına qarşı “Meta”nın işi ilə bağlı qərar verib.

İndex.az xəbər verir ki, qərarda bildirilib ki, üzv dövlətlər rəqəmsal platformalarla bağlı araşdırmalara şəxsi məlumatların pozulması hallarını da daxil edə bilərlər:

“Milli rəqabət orqanı hakim mövqedən sui-istifadə hallarının araşdırılması kontekstində Ümumi Məlumatların Qorunması Qaydalarının pozulmasını müəyyən edə bilər”.