"Avro Bölgəsi"ndə bərpa ötən ay sürətlənsə də, artım sektor və ölkə üzrə fərqli olub.
İndex.az xəbər verir ki, "Avro Bölgəsi"ndə iqtisadiyyatın ümumi sağlamlığını ölçən "S&P Global Composite PMI" "İstehsal Sənayesi Satınalma Menecerləri İndeksi"ni (PMI) mart ayında 54,1-dən 53,7-yə endirilib.
Buna baxmayaraq, indeks son 10 ayın ən yüksək səviyyəsinə çatıb.
Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada yekun PMI 52,6-da qalıb. Xidmətlər üzrə PMI isə 53,9-dan 53,7-yə endirilib.
Fransada xidmət PMI göstəricisi 55,5-dən 53,9-a, kompozit PMI isə 54-dən 52,7-yə düşürülüb.
