"S&P Global", "Avro Bölgəsi"nin "İstehsal Sənayesi Satınalma Menecerləri İndeksi"nin (PMI) mart ayı üzrə yekun məlumatlarını açıqlayıb.

İndex.az xəbər verir ki, "S&P Global"ın açıqladığı məlumata görə, "Avro Bölgəsi"ndə yaşayış xərclərinin artması istehlakçıları satın almada ehtiyatlı olmağa məcbur etdiyi üçün istehsal sənayesi fəaliyyəti mart ayında azalıb.

Belə ki, fevralda 48,5 olan istehsal PMI-ı, mart ayında 47,3-ə qədər geriləyib.