"Avro Bölgəsi" üçün pərakəndə satış məlumatları açıqlanıb.
İndex.az xəbər verir ki, Avropa Statistika İdarəsinin (Eurostat) etdiyi açıqlamada bildirilib ki, Avropa İttifaqı (Aİ) və "Avro Bölgəsi"ndə pərakəndə satışlar fevral ayında yanvar ayına nəzərən 0,8% azalıb.
2022-ci ilin eyni dövrünə görə isə pərakəndə satışlar 3% azalıb.
Fevralda pərakəndə satışların aylıq 0,8%, illik isə 3,5% azalacağı proqnozlaşdırılırdı.
