"Avropa Statistika İdarəsi" (Eurostat) "Avro Bölgəsi"nin fevral ayı İstehsalçı Qiymətləri İndeksi (İQİ) məlumatlarını açıqlayıb.

İndex.az xəbər verir ki, açıqlanan məlumatlarla görə, "Avro Bölgəsi"ndə İQİ fevral ayında illik bazda yüzdə 13,2 artıb.

Yanvar ayı ilə müqayisədə isə azalan İQİ ardıcıl beşinci ayda da enişini davam etdirib.

İqtisadçılar fevral ayında İQİ-nin illik 13,3% artacağını gözləyirdilər.

Digər tərəfdən, "Avro Bölgəsi"ndə istehsalçı qiymətləri fevral ayında gözləntilərə uyğun olaraq aylıq 0,5% azalıb.