Avropa Mərkəzi Bankı (AMB) 2022-ci ilin son rübü üçün nəzarət altında olan bankların kapitalı, səhmlərinin gəlirliliyi və problemli kreditləri ilə bağlı statistikanı açıqlayıb.

İndex.az xəbər verir ki, "Avro Bölgəsi"ndə banklar ötən ilin son rübündə kapital buferlərini gücləndirərək, ödənilə bilməyən debitor borclarını azaldıblar.

Belə ki, "Avro Bölgəsi"ndəki bankların maliyyə gücünün əsas ölçüsü olan "Əsas Kapital Adekvatlığı Dərəcəsi" (Tier 1), ötən ilin son rübündə tənzimləyici kapital əmsalını keçərək 14,74%-dən 15,27%-ə yüksəlib.