Avropa Mərkəzi Bankı (AMB) “Rəqəmsal Avronun Tədqiqat Fazasında İrəliləyiş” adlı üçüncü hesabatını dərc edib.

İndex.az xəbər verir ki, Avropa Mərkəzi Bankı (AMB) yayımladığı hesabatda bildirib ki, rəqəmsal avronun yaradılmasında növbəti mərhələyə keçidlə bağlı qərar bu ilin payızında veriləcək.

Rəqəmsal avronun yaradılması üçün araşdırmaların davam etdiyi qeyd olunan hesabatda, Aİ Komissiyası rəqəmsal avro tətbiq olunduğu halda tətbiq olunacaq nəzarət mexanizmini təklif etməyi planlaşdırdığı bildirildi.

Hesabatda qeyd olunub ki, rəqəmsal avronun yaradılması üçün AMB qanunvericilik prosesindən yarana biləcək mümkün lazımi düzəlişləri edəcək.

Rəqəmsal avronun ilk növbədə "Avro Bölgəsi"nə üzv ölkələrin istifadəsinə verilməsinin planlaşdırılır.

"Avro Bölgəsi" xaricində olan istifadəçilərin də "Avro Bölgəsi"ndə hesabları olması şərti ilə rəqəmsal avroya daxil ola biləcəkləri bildirilib.