Alman avtomobil istehsalçısı olan "Audi"nin keçmiş Baş İcraçı Direktoru (CEO) Rupert Stadler şərti cəza müqabilində dizel emissiyaları qalmaqalında "rolunu" etiraf edib.

İndex.az xəbər verir ki, dizel qalmaqalı ilə bağlı istintaq çərçivəsində Münhen Rayon Məhkəməsində mühakimə olunan Stadler Avropada manipulyasiya edilmiş egzoz sistemli dizel mühərrikli avtomobillər satdığını etiraf edib.

Məhkəmə bildirmişdi ki, 60 yaşlı Stadler dizel qalmaqalı ilə bağlı məsələni hərtərəfli etiraf edib 1,1 milyon avro ödəyərsə, şərti cəza ilə üzləşəcək.

Dizel qalmaqalı ilə bağlı araşdırma aparan Münhen Prokurorluğu bunu qəbul edib.