ABŞ prezidenti Donald Trampın atəşkəs elanından sonra qlobal bazarlar yüksəldi.
İndex.az xəbər verir ki, "Brent" markalı neft 5% ucuzlaşıb.
WTI markalı xam neft isə 6% dəyər itirərək bir barel üçün 64 dollara qədər ucuzlaşıb.
Lakin bu gün "Brent" və WTI markaları bahalaşıb və itkilərini 2%-ə qədər yüksəldib.
Hazırda "Brent" və WTI markaları müvafiq olaraq 69,62 və 66,81 dollara satılır.
"S&P 500" birjası İranın simvolik cavab hücumundan sonra günü təxminən 1% artımla başa vurmuşdu.
Birja bu səhər atəşkəs elanı ilə yüksəlməyə davam edərək 0,5% artıb.
