"AtaSığorta" 2023-cü il üzrə maliyyə hesabatını açıqlayıb.
İndex.az xəbər verir ki, "AtaSığorta"nın aktivləri 2023-cü il ərzində artıb.
Belə ki, "AtaSığorta"nın aktivləri 2023-cü ilin əvvəlinə nəzərən 1.676 milyon manat artaraq 15.803 milyon manata yüksəlib.
Qeyd edək ki, ötən ilin əvvəlində şirkətin aktivləri 14.127 milyon manat təşkil edib.
2023-cü il ərzində "AtaSığorta"nın sığorta haqqları 9.638 milyon manat olub.
Ötən ilin əvvəlində şirkətin sığorta haqlarının 5.312 milyon manat olduğunu nəzərə alsaq, 4.326 milyon manat artımın olduğunu görərik.
2023-cü ildə "AtaSığorta"nın sığorta ödənişləri 2.185 milyon manat azalaraq 3.210 milyon manata enib.
Hesabat dövrünün əvvəlində bu göstərici 5.395 milyon manat olub.
Ötən ilin əvvəlində 209 min manat olan kreditor borcları hesabat dövrünün sonunda 3 min manat artıb və 212 min manata yüksəlib.
2023-cü il ərzində "AtaSığorta"nın cəmi kapital 641 min manat artaraq 9.021 milyon manatdan 9.164 milyon manata çatıb.
Şirkətin nizamnamə kapitalı hesabat dövrü ərzində 1.350 milyon artaraq 15.950 milyon manat olub.
Xatırladaq ki, “AtaSığorta" 2004-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 15.950 milyon manatdır. Şirkətin səhmlərinin 100%-i "AtaHolding" MMC-yə məxsusdur.
