“Wall Street” bankları bank sistemini gücləndirmək üçün gördüyü tədbirlər Asiya bazarlarına mübət təsir edib.
İndex.az xəbər verir ki, “Wall Street” banklarının bank sisteminə inamı artırmaq üçün “First Republic Bank”a 30 milyard dollar depozit qoymasından sonra Asiya-Sakit Okean bazarları yüksəlişə keşib.
Belə ki, Honkonqun “Hang Seng” indeksi 1,21%, “Hang Seng Tech” indeksi isə 3,38% artıb.
Çində “Şenzen Komponenti” 0,32%, “Şanxay Kompoziti” isə 0,77% artıb.
Yaponiyada “Nikkei 225” 0,74%, “Topix” isə 0,68% bahalaşıb.
Cənubi Koreyanın “Kospi” indeksi də 0,66%, “Kosdaq” indeksi isə 1,74% artım göstərib.
Avstraliyada banklar itkilərini geri çevirərək kiçik qazanclar gördüklərinə görə, “S&P/ASX 200” 0,21% bahalaşıb.
