Asiya-Sakit okean bazarları ucuzlaşıb.
İndex.az xəbər verir ki, Honkonqun "Hang Seng" indeksi 1,05%, "Hang Seng Technology" indeksi isə səhiyyə və sənaye səhmlərinin təsiri ilə 1,16% ucuzlaşıb.
Çində "Şanxay Kompozit" indeksi 0,63%, "Shenzhen Komponent" indeksi isə cüzi enib.
Yaponiyada "Nikkei 225" 1,08%, "Topix" 0,54% azalıb.
Cənubi Koreyada "Kospi" 0,26%, "Kosdaq" isə 0,38% ucuzlaşıb.
Avstraliyada "S&P/ASX 200" 0,43% itirib.
