"Wall Street"in investorları maliyyə hesabatlarını analiz etdikcə Asiya bazarları ciddi şəkildə ucuzlaşıb.
İndex.az xəbər verir ki, "Wall Street" investorları "Netflix", IBM və "Morgan Stanley" kimi şirkətlərin maliyyə hesabatlarına diqqət yetirdikləri üçün Asiya-Sakit Okean bazarları kəskin şəkildə ucuzlaşıb.
Belə ki, Yaponiyada "Nikkei 225" 0,1% artdığı halda "Topix" cüzi azalıb.
Cənubi Koreyanın "Kospi" indeksi 0,34%, "Kosdaq" isə 1,63% ucuzlaşıb.
Çində "Şanxay Kompozit" indeksi 0,58%, "Şenzen Komponent" indeksi isə 0,44% dəyər itirib.
Honkonqun "Hang Seng" İndeksi 0,25%, "Hang Seng Tech" indeksi isə 0,39% ucuzlaşıb.
