'Big Tech' məlumatlarınıın gözlənilməsi Asiya səhmlərini kəskin şəkildə ucuzlaşdırıb.

İndex.az xəbər verir ki, investorların bu həftə sonunda böyük texnoloji şirkətlərin qazanc məlumatlarını gözləməsi Asiya-Sakit Okean bazarlarının ucuzlaşmasına səbəb olub.

Belə ki, Çində "Şenzen Komponent" indeksi 1,75%, "Şanxay Kompozit" indeksi isə 0,32% ucuzlaşıb.

Honkonqun "Hang Seng" indeksi 1,66%, "Hang Seng Tech" indeksi isə 3,27% azalıb.

Cənubi Koreyanın "Kospi" indeksi 1,62%, "Kosdaq" indeksi isə 2,39% ucuzlaşıb.

Yalnız Yaponiya bazarlarında "Nikkei 225" 0,39%, "Topix" isə 0,56% bahalaşıb.

Avstraliya və Yeni Zelandiyada bazarlar tətil üçün bağlanıb.