Asiya-Sakit Okean bazarları FED rəsmilərinin fərqli siqnallarından sonra qarışıb.

İndex.az xəbər verir ki, "Wall Street"in qazanc mövsümünü davam etdirməsi və FED rəsmilərinin gələcək faiz artımları ilə bağlı qarışıq siqnallar verməsi Asiya-Sakit Okean bazarlarını yenidən qarışdırıb.

Belə ki, Avstraliyada "S&P/ASX 200" 0,14% bahalaşarkən Yaponiyada "Nikkei 225" 0,43%, "Topix" isə 0,37% ucuzlaşıb.

Cənubi Koreyada "Kospi" 0,16%, "Kosdaq" isə 0,38" bahalaşıb.

Çin bazarları da dəyər itirən bazarlar sırasındadır.

"Şanxay Kompozit" indeksi 0,14%, "Şenzen Komponent" indeksi isə 0,35% dəyər itirib.

Honkonqun "Hang Seng" indeksi 0,37%, "Hang Seng Tech" indeksi isə 0,61% ucuzlaşıb.