Asiya bazarları ABŞ-ın borc limiti sazişi ilə bağlı səsvermə öncəsi qarışıb.
İndex.az xəbər verir ki, Yaponiyada "Nikkei 225" indeksi 0,31%, "Topix" indeksi isə 0,58% ucuzlaşıb.
Cənubi Koreyada "Kospi" rəsmi tətildən qayıtıqdan sonra 0,92%, "Kosdaq" isə 0,4% artıb.
Avstraliyada "S&P/ASX 200" indeksinin dəyəri dəyişməyib.
Honkonqda "Hang Seng" indeksi 0,48%, "Hang Seng Tech" indeksi isə 1,06% yüksəlib.
Çində "Şanxay Kompozit" indeksi 0,21%, "Şenzen Komponent" indeksi isə 0,1% artıb.
