Asiya-Sakit Okean bazarları yenidən dəyər qazanmağa başlayıb.

İndex.az xəbər verir ki, bu yüksəlişin əsas hissəsi Yaponiya bazarlarının payına düşür.

Belə ki, "Nikkei 225" birjası 2,53% artaraq avqustun 2-dən bəri ilk dəfə 36 min səviyyəsini keçib. Digər yapon birjası olan "Topix" birjası isə 2,16% dəyər qazanıb.

Cənubi Koreyanın "Kospi" birjası 0,2%, "Kosdaq" birjası isə 1,57% ucuzlaşıb.

Avstraliyanın "S&P/ASX 200" birjası cüzi bahalaşıb.

Honkonqun "Hang Seng" birjası 0,4%, Çinin "CSI 300" birjası isə 0,06%-lik artımla həftənin ilk ticarət gününə başlayıb.