ABŞ və Çindən gələn məlumatlar Asiya bazarlarını qarışdırıb.
İndex.az xəbər verir ki, investorların ABŞ-ın istehlak qiymətlərini və Çindəki inflyasiya məlumatlarını qiymətləndirməsi Asiya fond bazarlarını qarışdırıb.
Belə ki, Çində "Şanxay Kompozit" indeksi cüzi, "Şenzen Kompozit" indeksi isə 0,12% yüksəlib.
Honkonqun "Hang Seng" indeksi 0,22%, "Hang Seng Tech" indeksi isə erkən ticarətdə 1,5% artıb.
Yaponiyada "Nikkei 225" 0,15%, "Topix" isə 0,29% ucuzlaşıb.
Cənubi Koreyanın "Kospi" indeksi 0,5%, "Kosdaq" isə 0,66% bahalaşıb.
Avstraliyada "S&P/ASX 200" 0,28% ucuzlaşıb.
