Honkonqun "Hang Seng" indeksi birdən-birə 2% azaldığından Asiya-Sakit Okean bazarları qarışıb.

İndex.az xəbər verir ki, Çində, "Şanxay Kompozit" indeksi 0,55%, "Şenzen Komponent" indeksi isə 0,75% ucuzlaşıb.

Yaponiyada "Nikkei 225" 1,12", "Topix" isə 0,99% dəyər itirib.

Avstraliyada "S&P/ASX 200" indeksi 1,28% azalıb.

Cənubi Koreyanın "Kospi" indeksi 0,11% azalarkən, "Kosdaq" indeksi 0,66% yüksəlib.