ABŞ-da inflyasiyanın zəifləməsi ilə bağlı yayılan son məlumatlar Asiya-Sakit okean bazarlarını qarışıqdırıb.
İndex.az xəbər verir ki, Avstraliyanın "S&P/ASX 200" indeksi 0,2% azalarkən, Yaponiyanın "Nikkei 225" indeksi 0,8%, "Topix" isə 0,56% artıb.
Cənubi Koreyada "Kospi" 0,62%, "Kosdaq" isə 0,25% azalıb.
Honkonqun "Hang Seng" indeksi 0,39% ucuzlaşıb.
Çində "Şanxay Kompozit" indeksi 0,68%, "Şenzen Komponent" isə 0,41% ucuzlaşıb.
