G7 sammitinin başlaması ilə Yaponiya səhmləri 1990-cı ildən bəri ən yüksək səviyyəyə qalxıb.
İndex.az xəbər verir ki, Yaponiya "Nikkei 225" 0,86% artaraq 1990-cı ildən bəri ən yüksək səviyyəyə çatıb.
"Topix" isə 0,33% bahalaşıb.
Avstraliyanın "S&P/ASX 200" indeksi 0,43% artım göstərəkən Cənubi Koreyanın "Kospi" indeksi 0,56%, "Kosdaq" indeksi 0,27 faiz bahalaşıb.
Honkonqun "Hang Seng" indeksi 1,49%, Çində isə "Shanghai Composite" indeksi 0,44% faiz ucuzlaşıb.
