İnvestorlar Asiya və Sakit okean bazarlarında Çinin uçot dərəcələrini və Avstraliya Mərkəzi Bankının (RBA) qərarını qiymətləndirib.
İndex.az xəbər verir ki, bu qiymətləndirmə Asiya və Sakit okean bazarlarının bahalaşmasına səbəb olub.
Belə ki, Yaponiyanın "Nikkei 225" birjası 1,8%, "Topix" birjası isə 1,2% dəyər qazanıb.
Cənubi Koreyanın "Kospi" birjası 0,87%, "Kosdaq" birjası isə 1% artıb.
Avstraliyanın "S&P/ASX 200" birjası RBA bəyanatından sonra 0,28% bahalaşıb.
Digər birjalardan fərqli olaraq Honkonqun "Hang Seng" birjası 0,42%, Çinin "CSI300" birjası isə 0,42% ucuzlaşıb.
