Asiya Sakit Okean regionunda indekslərin əksəriyyətinin dəyəri dəyişməyib.
İndex.az xəbər verir ki, Asiyada əksər bazarlarda tətil olduğu üçün səhmlərin əksəriyyətinin dəyəri sabit qalıb.
Yaponiyada "Nikkei 225" 0,06%, "Topix" isə 0,22% dəyər qazanıb.
Cənubi Koreyada "Kospi" 1,12%, "Kosdaq" isə 1% bahalaşıb.
Çində "Şanxay Kompozit" indeksi 0,3%, "Şenzen Komponent" indeksi isə 0,8% artıb.
Avstraliya, Honkonq, Sinqapur və Hindistan bazarları bayramla əlaqədar bu gün bağlıdır.
"Nasdaq Kompozit" cümə axşamı günü yüksək səviyyədə bağlandı.
"Wall Street", "Alphabet" və Microsoft"da isə səhmlər 0,76% yüksəlib.
"S&P 500" əvvəlki itkiləri geri qaytardıqdan sonra 0,36% bahalaşıb.
