Borc limiti ilə bağlı narahatlıqlar Asiya fond bazarlarını qarışdırıb.

İndex.az xəbər verir ki, ABŞ-ın borc limiti ilə bağlı narahatlıqlar və ABŞ-ın üç əsas indeksindən ikisinin ardıcıl ikinci dəfə itkilərlə qarşılaşmasından sonra Asiya səhmləri qarışıb.

Belə ki, Avstraliyanın "S&P/ASX 200" 0,52% ucuzlaşarkən, Yaponiyanın "Nikkei 225" indeksi 0,4%, "Topix" isə 0,49% bahalaşıb.

Cənubi Koreyanın "Kospi" indeksi 1,61%, "Kosdaq" indeksi isə 0,17% ucuzlaşıb.

Honkonqun "Hang Seng" indeksi cüzi azalarkən, Çinin "Şanxay Kompozit" indeksi 0,82% faiz azalıb, "Şenzhen Komponent" indeksi isə 0,11% bahalaşıb.