Asiya-Sakit okean bazarları yeni həftəyə qarışıq başladı.
İndex.az xəbər verir ki, Avstraliyada "S&P/ASX 200" 0,21% bahalaşaraq, keçən həftə qeydə alınan 1,98%-lik qazancını daha da artırdı.
Yaponiyada "Nikkei 225" ucuzlaşarkən, "Topix" 0,19% bahalaşıb.
Cənubi Koreyada "Kospi" 0,23% ucuzlaşıb. "Kosdaq" isə 0,15% bahalaşıb.
Honkonqun "Hang Seng" indeksi 0,22% artıb. "Hang Seng Tech" indeksi isə qismən ucuzlaşıb.
Çin bazarlarında "Şanxay Kompozit" indeksi 0,78%, "Şenzen Komponent" indeksi isə 0,1% bahalaşıb.
Bazar qazanc mövsümünə girdiyi üçün ABŞ səhmlərinin dəyəri aşağı düşüb. Belə ki, "Dow Jones Industrial Average" təxminən 0,42%, "S&P 500" 0,21%, "Nasdaq Kompozit" isə 0,35% ucuzlaşıb.
