Asiya bazarları ucuzlaşmağa başlayıb.

İndex.az xəbər verir ki, bazar ertəsi Hindistanda fond göstəriciləri rekord həddə yüksəlib.

Həm "Nifty 50" birjası, həm də "BSE Sensex" birjası 3%-dən çox dəyər qazanıb.

Yaponiyanın "Nikkei 225" birjası 0,77%, "Topix" birjası isə 0,68% ucuzlaşıb.

Cənubi Koreyada isə əksinə olaraq "Kospi" 0,69%, Kosdaq 0,6% yüksəlib.

Honq Konqun "Hang Seng" birjası 0,07%, "CSI 300" birjası isə 0,14% ucuzlaşıb.

Avstraliyada "S&P/ASX 200" birjası 0,21% dəyər itirib.