Yaponiya Bankının yeni rəhbəri Kazuo Ueda ilk iclasında verdiyi açıqlamalar Asiya bazarlarını qarışdırıb.

İndex.az xəbər verir ki, Yaponiyada "Nikkei 225" 0,23%, "Topix" isə cüzi bahalaşarkən, Avstraliyada "S&P/ASX 200" 0,38 ucuzlaşıb.

Cənubi Koreyada "Kospi" 0,22%, "Kosdaq" isə 1,18% bahalaşıb.

Honkonqun "Hang Seng" indeksi 0,12%, "Hang Seng Tech" indeksi isə 1,16% ucuzlaşıb.

Çində "Şenzen Komponent" indeksi ucuzlaşarkən və "Şanxay Kompozit" indeksi 0,33% bahalaşıb.

Sinqapurun etalon göstəricisi olan "Straits Times" indeksi 0,52 faiz azalıb. Səbəb isə ölkənin bir gecədə əmlak alışlarında möhür rüsumlarını artıracağına dair xəbərlərin yayılması idi.