"Azərbaycan Sənaye Bankı" (ASB) 2024-cü ilin 2-ci rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.

İndex.az xəbər verir ki, 2024-cü ilin 2-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə ASB-nin həm faiz gəliri, həm də faiz xərcləri artıb.

Belə ki, cari ilin 2-ci rübündə ASB-nin faiz gəlirləri 17.489 milyon manat təşkil edib.

2023-cü ilin 2-ci rübündə bankın faiz gəlirlərinin 15.991 milyon manat olduğunu nəzərə alsaq, 1.498 milyon manatlıq artımın olduğunu görərik.

ASB-nin faiz xərcləri isə 2024-cü ilin 2-ci rübündə 1.160 milyon manat artaraq 9.092 milyon manat təşkil edib.

Ötən ilin eyni dövründə bankın faiz xərcləri 7.932 milyon manat olub.

Xatırladaq ki, ASB 1996-cı ildə “Capital Investment Bank” adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 109.380 milyon manatdır. Bankın səhmlərinin 98,4252 %-i “Anadolu Investment Company” MMC-yə, 1 %-i Leyla Gozal Kurta, 0,5748 %-i isə “Azərbaycan Sənaye Lizinq” MMC-yə məxsusdur.